Girdimançayda sel maşını aparıb, sürücü son anda xilas edilib - VİDEO

18 May 2022 17:36

İsmayıllıda sel çaydan keçən maşını aparıb. Avtomobil daşlara ilişərək qalıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Zərnava kənd sakini 34 yaşlı Zamiq Ağayev idarə etdiyi  "UAZ" markalı avtomobillə  Girdimançayı keçmək istəyərkən güclü selə düşüb. 

O, avtomobili çaydan çıxara bilməyib. Sel suları avtomobili bir neçə dəfə aşırıb. Sürücü Zamiq Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, suda boğulmaqdan son anda xilas olub.

Sürücü yaxınlıqdakı insanların köməyilə sudan çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az