Gimnastlarımız FIG Dünya kubokunda iştirak etmək üçün İspaniyaya yola düşüb

18 May 2022 13:03

Mayın 18-dən 24-dək İspaniyanın Pamplona şəhərində keçiriləcək bədii gimnastika üzrə "Challenge" seriyasına aid FIG Dünya kubokunda iştirak etmək məqsədilə azərbaycanlı gimnastlar adıçəkilən şəhərə yola düşüblər.

Milli.Az Gimnastika Federasiyasına istinadən xəbər verir ki, onlar Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri və fərdi gimnastımız Zöhrə Ağamirovadır.

Milli.Az