Rusiya “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul edib

18 May 2022 12:30

"Rusiya Silahlı Qüvvələri "S-500" zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov söyləyib.

O əlavə edib ki, ordu "Peresvet" lazer qurğuları ilə təmin edilir, onlar 1 500 km-ə qədər məsafədəki orbitlərdə düşmənin kəşfiyyat sistemlərini kor etmək imkanlarına malikdir.

Milli.Az