Bu keyfiyyətlərə malik olanları dinimiz sağlam şəxsiyyət hesab edir

22 May 2022 22:10

Allah Təala saleh insanlar haqqında buyurur: "Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa". ("Əsr" 3).

Quranın nəzərinə görə, sağlam şəxsiyyətə malik olmağın meyarları: iman, saleh əməl, xeyirxahlıq, bəndəlik və başqalarının xidmətində durmaq və bir sıra başqa xüsusiyyətlərdir.

Quranın nəzərində sağlam şəxsiyyətə malik olan insanın xüsusiyyətləri:

1. Çətinliklərdə səbirli olar. Düşüncələrində, rəftar və ibadətlərində Allaha mütidir. ("Bəqərə" 177).

2. Dediklərinə əməl edər. Əgər bir işi özü görə bilmirsə, onu başqalarına tapşırar. ("Səff" 2-3).

3. İlahi qanunlara riayət edər. Haqqı hətta qohumlarına və yaxınlarına ziyan vursa belə, gizlətməz. ("Təlaq" 2).

4. Qabaqcadan qərar verməz, təfəkkür əhlidir. ("Zumər" 18).

5. İnsanlara əziyyət verməz. ("Əhzab" 58).

6. Danışıq və rəftarda aramdır. ("Loğman" 19).

7. Səxavətlidir. ("Həşr" 9).

8. Başqalarının rahatlığını özünün rahatlığından üstün bilər. ("Həşr" 9).

9. Ticarətdə aldatmaz. ("Mutəffəfin" 1-3).

10. Başqalarının şəxsi həyatına qarışmaqdan çəkinər. ("Hucurat" 12).

11. Dünyanı axirət üçün körpü bilər. ("Qəsəs" 77).

12. Əmanətdardır. ("Muminun" 8).

13. Verdiyi sözə əməl edər. ("Bəqərə" 177).

14. Naməhrəmə qarşı gözünə hakimdir. ("Nur" 30-31).

Allah Təala bizləri bu keyfiyyətlərə malik olanlardan qərar versin.

Milli.Az