İranda silahlı insident: girov götürülən 4 nəfər öldürülüb - VİDEO

18 May 2022 12:48

İranın qərbində yerləşən İlam vilayətində Mülkiyyət İdarəsində baş verən silahlı insident nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mülkiyyət İdarəsinin işdən qovulan sabiq əməkdaşı naməlum sayda şəxsi girov götürüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım maşınları cəlb olunub.

Milli.Az