Oğlunun pivə ilə VİDEOsu müzakirə yaratdı

18 May 2022 17:18

Komediya aktyoru Nicat Şakirlinin (Nikosayağı) oğlu Amirin videosu gündəmə gəlib.   Belə ki, tanınmış simanın azyaşlı övladının instaqram səhifəsində paylaşılan görüntüləri müzakirə yaradıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, "Amirsayağı" səhifəsində təqdim olunan yumoristik videoda körpənin pivə və çipsi ilə görüntüsü yer alıb. 

Elə təqdim olunub ki, balaca Amirin bu gün "qanı qaradır" və ona görə də, pivə içir.

Həmin paylaşımı gülüşlə qarşılayanlarla yanaşı, tənqid edənlər də az olmayıb. 

Qeyd olunub ki, körpənin söpzügedən məhsullarla bir arada yer alması doğru deyil.

Milli.Az