Bakıda kürəkən qayınatasını öldürüb qaçdı

18 May 2022 10:48

Bakıda qətl törədilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə ötən gün Suraxanı rayonu Yeni Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib. 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra hadisə yerini tərk edərək uzaqlaşıb.

Hazırda qayınatasını qətlə yetirən kürəkənin tutulması istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az