"Qızımı Elməddinin şəkli ilə qorxudurdum"

18 May 2022 11:48

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qızını aktyor Elməddin Cəfərovun fotosu ilə qorxutduğunu deyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi bu haqda "Xoş-beş" verilişində deyib.

"O vaxt qızım yemək yeməyəndə onu Elməddinin şəkli ilə qorxudurdum. "Xoxan" deyib, onu yedizdirirdim" deyən Hüseynə aparıcı "Həqiqətdir, yoxsa zarafat edirsən" sualını verib. 

"Dəfələrlə belə olub. Doğrudan belə idi. İnternetdə "xoxan" yazdım, Elməddinin şəkli çıxdı. Uşaq 6 yaşına kimi elə böyüdü" sözlərini əlavə edib. 

Qeyd edək ki, Hüseynin iki qız, bir oğlan övladı var. 

Milli.Az