Bu serial da final edir

18 May 2022 10:18

Türkiyənin "Star" kanalında yayımlanan "Kaderimin oyunu" serialı final edəcək. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikinci mövsüm də yayımlanması planlaşdırılan ekran işinin reytinqlərdə geriləməsi bu qərarın alınmasına səbəb olub.

Serial iyunda izləyicilərinə vida edəcək. 

Qeyd edək ki, "Kaderimin oyunu"nun baş rollarını Öykü Karayellə Akın Akınözü paylaşır.

Milli.Az