İtlər hava limanında koronavirus xəstələrini müəyyən edib

18 May 2022 09:12

Alimlər əvvəllər narkotik və partlayıcı maddələri qoxuya görə müəyyən edən dörd itə SARS-CoV-2 xəstələrini tapmaq üçün xüsusi təlim keçiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, heyvanlara 420 könüllünün nümunələri təqdim olunub. Onlardan 114-ü koronavirus üçün müsbət test verib.

İtlərin diaqnostik dəqiqliyi 92% təşkil edib.

Bundan başqa, dördayaqlılar heç bir əlaməti olmayan 28 nəfərin xəstə olduğunu müəyyən edib. Sonradan məlum oldu ki, onlardan 25-i həqiqətən də COVID-19 xəstəsi olub.

Tədqiqatçılar daha sonra 2020-ci ilin sentyabrından 2021-ci ilin aprelinə qədər Finlandiyanın Helsinki-Vantaa Beynəlxalq Hava Limanında itləri sınaqdan keçiriblər. Hər bir sərnişin PCR yaxma testindən də keçib. Məlum olub ki, test nəticələri ilə itlərin işi 98 faiz üst-üstə düşüb.

Milli.Az