Ayı onunla şəkil çəkdirmək istəyən qıza hücum etdi - VİDEO

18 May 2022 18:42

Rusiyada ayı balası ilə şəkil çəkdirmək istəyən qız onun hücumuna məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Çeçenistan Respublikasının Qroznı şəhərində baş verib.

Ayı balası onunla şəkil çəkdirmək istəyən qızın çənəsindən dişləyib. O, dişləri ilə qızın çənəsindən elə bərk yapışıb  ki, üç nəfərin köməyi ilə ayı balasını qızdan ayıra biliblər.

Milli.Az