"SpaceX" şirkətinin raketi yeni "Starlink" peykləri qrupu ilə orbitə çıxacaq

18 May 2022 09:48

"Falcon 9" ağır raket daşıyıcısı "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qruplaşmasının artırılması üçün 53 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Buraxılış cümə günü ABŞ-ın şərq sahili vaxtı ilə saat 06:20-də Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzinin 39A buraxılış kompleksindən baş tutacaq.

Milli.Az