Ukrayna ordusu 12 hücumun qarşısını alıb

18 May 2022 07:50

Ukrayna ordusu Donetsk istiqamətində Rusiyanın 12 hücumunun qarşısını alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna birləşmiş qüvvələrinin vahid komandanlığı məlumat yayıb. Məlumatda deyilir ki, rusiyaya məxsus 3 tank, 3 artilleriya sistemləri və 6 zirehli texnika məhv edilib. Gün ərzində 9 PUA məhv edilib.

Milli.Az