Türkiyənin NTV kanalının tanınmış aparıcısı xərçəngdən vəfat edib

18 May 2022 07:22

Uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunan NTV kanalının aparıcısı Özləm Sarıkaya Yurt vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Sarıkaya 39 yaşında dünyasını dəyişib.

NTV-nin yaydığı bildirişdə deyilir ki, özləm həyat və onu sevənlərlə çox tez vidalaşdı. O gözəl ürəyi, ruhu və səs tonu ilə hər zaman qəlblərdə yaşayacaq.

Milli.Az