Fransada 75-ci Kann Film Festivalı başlayıb

17 May 2022 23:59

Fransada Kann Film Festivalı başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, tədbirin əsas müsabiqəsində 21 film iştirak edir.

Festival rusiyalı rejissor Kirill Serebrennikovun "Çaykovskinin arvadı" filminin beynəlxalq premyerası ilə açılacaq.

75-ci Kann Film Festivalı mayın 28-dək davam edəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan festival ikiillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.

Milli.Az