İranda güclü zəlzələ

17 May 2022 22:23

İranda ard-arda zəlzələ baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Bildirilib ki, birinci təkan 17:05 radələrində İran mərkəzindən 17 km uzaqlıqda 4,4 bal, ikinci təkan isə 18:05 radələrində mərkəzdən 6 km uzaqlıqda 4,9 bal gücündə baş verib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Milli.Az