6 yaşlı uşağı it dişlədi

17 May 2022 22:22

Zaqatalada 6 yaşlı uşağı it dişləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Gözbarax kəndində baş verib.

Kənd sakini, 2016-cı il təvəllüdlü Həsənov Məhəmməd Bəhruz oğlu sol çiyinin it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

6 yaşlı Məhəmməd Həsənova lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az