Rəis olan sevgilisinə mahnı oxuduğu deyilən müğənni HƏR ŞEYİ AÇIQLADI

17 May 2022 21:41

"Mənim ifa etdiyim "Rəisim" mahnısı ümumilikdə dövlətimizin keşiyində duran hüquq-mühafizə orqanlarının əməkdaşlarına həsr olunub".

Bu sözləri Bizim Media-nın əməkdaşı ilə söhbətində müğənni Müjgan Ayxan deyib. Sənətçi sosial şəbəkədə haqqında yazılan ittihamlara cavab verib:

"Bu mahnı şəxsən kiməsə həsr olunmayıb. Hər sahəyə aid olan mahmılarımız var və rəislərimizə də aid mahnılar ola bilər".

Qeyd edək ki, Mujgan Ayxan tərəfindən ifa edilən mahnının polis rəisi olan sevgilisinə həsr edildiyi iddia edilib.

Milli.Az