Mersində ən sərfəli çimərlik kurortları və gəzməli yerlərin SİYAHISI

17 May 2022 17:12

Yay mövsümündə səyahət üçün Türkiyəni seçən azərbaycanlılar çoxdur. Əslində Türkiyə o qədər gözəl bir yerdir ki, 2-3 səfərə onu kəşf etmək mümkün deyil. Bu dəfəki yazımızda sizi Türkiyənin ən maraqlı yerlərindən biri - Mersin ilə tanış edəcəyik. İlk növbədə Mersin münasib qiymətli tətil məkanları ilə seçilir və yayda turistlərin diqqətini ən çox cəlb edən şəhərlər arasındadır. Qədim, rəngli təbiəti, əlverişli iqlimiylə elə bir yerdir ki, buraya 2-3 gün minimum ayırmaq lazımdır.

Necə getmək? 

Türkiyəyə getmək azərbaycanlılar üçün daha rahatdır. AZAL, milli loukoster olan Buta, Türk Hava Yolları, Türkiyənin loukosteri olan Wizzair ilə uça bilərsiniz.  Ən yaxın havalimanı Adana Şakirpaşa Havalimanıdır. Türkiyənin bütün şəhərlərindən bura avtobusla gediş-gəliş mümkündür. 

Harda qalmaq

Mersin şəhər mərkəzində qalmaq üçün tövsiyə olunacaq yerlər: Divan Mersin, Hostapark Hotel, Nobel Hotel, The Menord Hotel, Park Yalçın Hotel, Akçakıl Camping

Görməli yerlər

Yerköprü Şəlaləsi - Bir təbiət möcüzəsi olan bu şəlalə Mut bölgəsində yerləşir. Hündürlüyü 30 metr olan bu şəlalənin töküldüyü yerdə əmələ gələn göl öz gözəlliyi ilə ziyarətə gələnləri valeh edir. Həmçinin bu ərazi Mili Parkdır və giriş məbləği isə 12 lirə təşkil edir.

Cəhənnəm Çuxurları (Mağaraları) - Milyonlarca il əvvəl mağara olan bu çuxurlar tavanın çökməsi nəticəsində əmələ gəlib. Olduqca qorxutucu görüntüyə sahib olan bu mağaralardan 70 metrlik Cənnət Çuxuruna enmək mümkündür. Əvvəllər nərdivanla enilən bu yerə indi lift vasitəsilə enmək mümkündür. Muzeyə giriş haqqı 35 lirədir.

Astım Mağarası Cənnət Çuxurundan 300 metr aralıda yerləşən bu yerə uzun bir dəmir nərdivandan istifadə olunaraq enilir.  Dilək Mağarası da deyilir və şəfalı bir yer hesab olunur.

Gilindire Mağarası - Gilindire Aynalıgöl Mağarası bənzəri olmayan yerdir. Mağara içində güzgü kimi yansıyan, ən dərin yeri 46 metr olan bir göl var.

Adamkayalar - dik yamac üzərinə qurulan bu yer milladdan əvvələ aiddir. Turistlərin diqqətini çox cəlb etsə də gəzməsi çox çətin olan bir yerdir. İdman ayaqqabısı ilə getmək daha münasib olacaqdır.

Uzuncaburç Antik Şəhəri - bura həmçinin ölkənin ən önəmli tarixi əsərlərindən biridir. Buradakı tapıntılar antik Romadan qalmadır. 

Kızkalesi - Ağdəniz sahillərinin ən məşhur yerlərindən biri olan bu yer sahilə 600 metr uzaqlıqdakı ada üzərindədir. Qalaya çıxmaq üçün dəniz velosipedi, qayıq kimi seçimlər var.

Kanlıdivane Antik Şəhərciyi - tarixi mənada Mersinin möhürüdür, bu yer. Giriş qiyməti 10 lirədir.

Tisan Koyu - yamyaşıl təbiəti, masmavi dənizi ilə çox füsunkar bir təbii gözəlliyə malik olan bu yer Mersində dənizkənarı yer axtaranlar üşün ideal seçimdir. Rəvayətə görə, Tisanı Kipr Sülh Hərəkatı sırasında helikopterlə uçuş edən bir zabit kəşf edib.

Kisecik Kanyonu - möhtəşəm mənzərəyə sahib olan, dik yamaclar arasındaki bu kanyondan Tarsus çayı keçir. Yaşıl və mavi rəngin gözəl ahənginə sahip olan bu yerə gediş dar yollardan keçir.

Bunlardan əlavə Mersində gediləcək yerlərə misal olaraq Tarsus, Mamure Qalası, Anemurium Antik Şəhərciyi, Yumuktepe, Latin İtalyan Katolik Kilsəsi, Gülek Qalası, Narlıkuyu da göstərmək olar.

Mersin Plyajları- qiymət baxımından turistlər üçün münasibdir.

Mersində gediləcək ən yaxşı tətil zonaları hansılardır?

Milli yeməkləri - Mersinin ən məşhur yeməyi tantunidir. Şirniyyat olaraq antep fıstıqlı, hind qozlu cezeryeni misal çəkmək olar. Məsləhət görərdik ki, Tantuni, Ciyər şiş, Cezerye, Kerebiç, Mavi xərçəng, Batırık yeməklərinin dadına baxın. 

Ən məşhur restoranlar:

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az