Euronews Xarıbülbül festivalından bəhs etdi - VİDEO

17 May 2022 13:02

Nüfuzlu Euronews telekanalı mayın 12-14-ə qədər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə keçirilmiş V Xarıbülbül Beynəlxalq Folklor Festivalından bəhs edən reportaj nümayiş edib.

Milli.Az bildirir ki, Euronewsun reportajında deyilir: "Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən musiqiçilər və rəqs qrupları, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor qrupları iştirak edir.

Tədbir may ayında Qarabağ bölgəsinin "rəsmi çiçəyi" kimi tanınan "xaribülbül"ün (Ophrys caucasica) çiçəkləmə dövründə keçirilir".

Reportajı təqdim edirik:

Milli.Az