Xankəndini boşaltmalı olacağıq - Akopyan

17 May 2022 20:54

Ermənistanın Azərbaycanın 5 təklifinə cavab verməsindən sonra Xankəndidən səs-küylü xəbər gözləmək olar. Özünü "dqr" adlandıran respublikanın bütün "nazirləri", "prezidenti", "deputatları" təcili olaraq Xankəndini azad etməli olacaqlar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan mətbuatına müsahibəsində Qarabağdakı separatçı rejimin "milli assambleyası"nın "ədalət fraksiyası"nın üzvü Metakse Akopyan deyib.

"İrəvanın Azərbaycanın təklif etdiyi beş bəndə cavabının təfərrüatını yalnız Bakı onları qəbul etdikdən sonra ictimaiyyətə təqdim etməsi (Bakı Ermənistanın 5 təklifə 6 təkliflə cavabını "absurd yanaşma" adlandırıb - red.) artıq erməni xalqı üçün bir işarədir. İndi nəsə etməyə cəhd göstərmək belə mənasızdır. Bu bəndlərdə "dqr" lehinə heç bir müddəa görmədim. Ümumiyyətlə, bizə göstərildi ki, bütün bunların artıq heç biri olmayacaq. İrəvan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu, onu göstərir ki, biz hamımız Ermənistana qayıtmalı olacağıq", - o bildirib.

Milli.Az