“Finlandiya və İsveçin NATO-ya üzvlüyü Rusiyanın əl-qolunu açır” - Zaxarova

17 May 2022 14:18

Finlandiya və İsveçi NATO-ya üzv olmağa məcbur edən ABŞ Rusiyanın əl-qolunu açır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live"ın efirində deyib.

"Finlandiya və İsveçin indi Vaşinqtonun təzyiqi altında etdikləri Rusiyanın əl-qolunu açır. Bunu əslində onların xalqları deyil, siyasi qüvvələri edir", - Zaxarova vurğulayıb.

Milli.Az