Mükafat gecəsi geyimləri ilə diqqət çəkənlər - FOTOlar

17 May 2022 10:12

Ötən gün "Billboard" musiqi mükafatları öz sahiblərinə təqdim olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecədə ən yadda qalan məqamlardan biri Kanye Uestin və Olivia Rodriqonın 6 mükafata birdən layiq görülməsi olub. Sonrakı sırada 5 mükafatla Dreyk və Castin Biber yer alıb. Teylor Svift isə 4 mükafatla yetinməli olub.

BTS "Ən yaxşı qrup", Ledi Qaqa "Ən yaxşı elektronik müğənni", Adel "Ən yaxşı mahnı satışı edən müğənni" adına layiq görülüb.

Milli.Az