Ölümdən son anda xilas oldular - ANBAAN VİDEO

17 May 2022 13:36

Türkiyənin Bursa şəhərində qohumlarını ziyarətə gələn insanlar yola düşərkən qapı önündə sağollaşıblar. Qonaqlar avtomobilə minmək üçün qapıdan ayrıldıqdan bir saniyə sonra sürətlə gələn avtomobil qapıya çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin anlar anbaan təhlükəsizlik kamerasına əks olunub. Xoşbəxtlikdən, qəzada ölən olmasa da, avtomobildə olan iki nəfər yüngül xəsarət alıb.

Milli.Az