Tunisin daxili işlər nazirinin evində partlayış, arvadı yaralandı

17 May 2022 08:54

Tunisin daxili işlər naziri Taufik Şərfəddinin evində partlayış baş verib, həyat yoldaşı yaralanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, partlayışa səbəb qaz sızması olub.

Nazirin həyat yoldaşı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilir.

Milli.Az