Şahbuza güclü dolu yağdı

17 May 2022 08:02

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.

Mayın 16-da muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb. Şahbuz rayonunun kəndlərində isə güclü dolu müşahidə olunub.

Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.

Milli.Az