Samsung güclü prosessor hazırlayır

17 May 2022 09:00

"Samsung Electronics" şirkəti yalnız "Galaxy" seriyalı smartfonlarda istifadə olunacaq yeni və çox güclü prosessorun hazırlanmasına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni çipin dizaynının hazırlanması gələn il başa çatacaq və 2025-ci ildən şirkət öz prosessoru ilə təchiz edilmiş smartfonların istehsalına başlamağı planlaşdırır.

Mənbələrə görə, bu, SoC (System-on-a-A-Chip), yəni bütün cihazın funksiyalarını yerinə yetirə bilən, lakin bir çipdə yerləşdirilə bilən sistem olacaq. "Samsung" hazırda qacetləri üçün prosessorları ABŞ-ın "Qualcomm" və Tayvanın "Mediatek" şirkətlərindən alır.

Nəşr həmçinin bildirib ki, yeni prosessorunun hazırlanması "Samsung"-un öz ekosisteminin qurulmasında Apple ilə rəqabət aparmaq planının bir hissəsidir.

Milli.Az