Bülənt Ərsoy "Masumlar apartmanı"nı almaq istəyir

16 May 2022 23:26

İki həftə sonra final edəcək "Masumlar apartmanı" serialının çəkildiyi bina satışa çıxarılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İstanbulun Beyoğlu səmtində yerləşən "Temel" binası 7 milyon dollara satışa qoyulub. Türkiyəli müğənni Bülənt Ərsoy binanı almaq üçün müraciət edib.

Qeyd edək ki, həmin tikilidə daha öncə də "Şahsiyet" serialı çəkilib.

Milli.Az