“McDonald's” Rusiyanı tərk edir

16 May 2022 21:44

ABŞ-ın "fast food" restoranlar şəbəkəsi "McDonald's" 30 ildən artıqdır fəaliyyət göstərdiyi Rusiya bazarını tərk edəcəyini bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şəbəkə Rusiyadakı fəaliyyətini satma prosesinə başladığını açıqlayıb.

"Ukraynadakı müharibənin yaratdığı humanitar böhran və gözlənilməz iş mühiti "McDonald's"ın Rusiyadakı biznesinin davam etdirilməsinin artıq müdafiə oluna bilməyəcəyi qənaətinə gəlib".

Açıqlamada şirkətin Rusiyadakı işçilərinə maaşların verilməyə davam etdiyi qeyd olunub. Həmçinin, Ukraynadakı "McDonald's" restoranlarının da bağlı qalacağı, bütün Avropadakı "McDonald's" şəbəkələrinin ukraynalı qaçqınlara qida ianələri, sığınacaq və işlə təmin olunmaqla dəstək verdiyi vurğulanıb.

Qeyd edək ki, "McDonald's" martın 8-də Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Rusiyada 62 min insanın işlədiyi 850 restoranı müvəqqəti bağlayacağını açıqlayıb.

Milli.Az