Bakı Musiqi Akademiyasında Dmitri Sitkovetskinin ustad dərsi keçirildi - FOTO

16 May 2022 18:14

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Dmitri Sitkovetski ilə görüşlər" layihəsi çərçivəsində müasir dövrün görkəmli musiqiçisi, dirijor və skripka ifaçı Dmitri Sitkovetskinin ustad dərsi keçirildi.

Ustad dərsdə SSRİ xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli (fortepiano), həmçinin BMA-nın tələbələri Ləman Əsədova (skripka) və Orxan Hüseynovun ifasında (violonçel) İ.Brahmsın Trio N.2 C-dur əsəri səsləndirildi.

Milli.Az