San-Marino "Eurovision 2012" mahnısının yenidən yazdırdı
23 Mart 2012 13:25
Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu mahnı artıq "The Social Network Song" ("OH OH-Uh-OH OH") adlanır.
Xatırladaq ki, San-Marinonun 57-ci "Eurovision" mahnı müsabiqəsi üçün təqdim etdiyi "Facebook, Uh, Oh, Oh" mahnısı müsabiqə qaydalarına zidd olduğu üçün Avropa Yayımları Birliyi (EBU) tərəfindən qadağan edilib.
Yayımçı televiziya SMTV qarşısında ya Facebook sosial şəbəkəsi ilə bağlı olmayan yeni mahnı sözlərinin hazırlanması, ya da digər bir mahnının təqdim edilməsi tələbi qoyulmuşdu.
May ayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində San-Marinonu Valentina Monetta təmsil edəcək.