Bərdədə yol qəzası: bir ailənin 3 üzvü xəsarət alıb

16 May 2022 12:48

Bərdədə yol qəzası olub.

Hadisə Hindarx-Borsunlu yolunun rayonun Əmirli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 2106 markalı avtomobillə toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan 3 nəfər - 70 yaşlı Ələmdar Əkbər oğlu Qarayev, onun qardaşı 61 yaşlı Rəhbər Əkbər oğlu Qarayev və onun həyat yoldaşı 58 yaşlı Lətafət Yunis qızı Qarayeva xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az