Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi

16 May 2022 12:36

Axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, öz "Instagram" hesabında hava limanından paylaşım edib. 

Belə ki, müğənni sosial şəbəkədə bunları yazıb:

"Mən həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir". 

Ötən gün isə sosial şəbəkə hesabında "İşlərimlə bağlı Rusiyaya getməliyəm. Axtarışda olan adam xaricə gedə bilər?", - deyə müğənni izləyicilərinə sual ünvanlamışdı.

Xatırladaq ki, Xalq artisti, tanınmış sənətçi Flora Kərimova ilə arasında olan məhkəməyə dəfələrlə gəlməyən müğənni bir neçə gün əvvəl axtarışa verildiyi qeyd olunub.

Milli.Az