İbrahimoviç "Milan"ın avtobusunun şüşəsini sındırdı - FOTO

16 May 2022 16:48

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatının 37-ci turunda "Atalanta" ilə oyun öncəsi klubun avtobusunun şüşəni sındırıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, 40 yşlı forvard vacib matç ərəfəsində həyəcanlanıb və avtobusun şüşəsini içəridən əlləri ilə vurub. Buna görə də şüşə sınıb.

Qarşılaşma Milanda, "Cüzeppe Meatsa" stadionunda keçirilib və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mövsümün sonuna bir tur qalmış 83 xal toplayan "Milan" turnir cədvəlinə başçılıq edir. "İnter" 81 xalla ikinci pillədə qərarlaşıb.

A seriyasının son turunda "Milan" "Sassuolo", "İnter" isə "Sampdoriya" ilə qarşılaşacaq.

Milli.Az