Putinlə Baydenin telefon danışığı müzakirə olunmur - Rusiya XİN

16 May 2022 12:30

Hazırda Rusiya və ABŞ iki ölkə lideri Vladimir Putin və Co Baydenin telefon danışığının təşkilini müzakirə etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN başçısının müavini Sergey Ryabov açıqlama verib.

O, XİN başçıları Sergey Lavrov və dövlət katibi Entoni Blinkenin telefon danışığının da hazırda planlaşdırılmadığını deyib.

Milli.Az