Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

16 May 2022 12:54

Ukraynada müharibə başlayan gündən indiyə qədər 650 uşaq zərər görüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, onlardan 229-u həlak olub, 421 uşaq yaralanıb.

Eyni zamanda bildirilib ki, müharibə başlayanda Ukraynada 1748 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 144-ü tamamilə məhv edilib.

Milli.Az