Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

16 May 2022 10:30

Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol qəzalarının sayını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, respublikanın avtomobil yollarında iki gündə 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Milli.Az