Sevgili olduqlarını təsdiqlədilər - FOTO

16 May 2022 10:36

Türkiyəli aktyor Kaan Yıldırım və aktrisa Hande Erçel sevgili olduqlarını təsdiqləyiblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyor Kaan Yıldırım restoranlardan birinin çıxışında kameralara yaxalanıb. 

Hande Erçel ilə münasibətini gizlətməyən Kaan "Hande ilə hər şey çox gözəldir. Şükürlər olsun!",- deyib. 

Xatırladaq ki, cütlüyün bir müddətdir birlikdə olduğu iddia edilirdi. Amma bu barədə heç bir tərəf açıqlama vermirdi. 

Milli.Az