Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı oldu - SƏBƏB

16 May 2022 09:30

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Milli.Az