Qərb Ukraynanı ayağa qaldırmağa "dözəcəkmi"?

16 May 2022 15:00

Ukraynanın yenidən qurulması Qərbdən böyük maliyyə tələb edəcək. Çətin ki, Qərb buna dözsün.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya qəzetinin "Lidovky" köşə yazarı İştvan Leko deyib.

O, Avropa komissarı Valdis Dombrovskisin Ukraynanın bərpası üçün 500-600 milyard avro tələb olunduğu barədə məlumatlara istinad edərək, bu məbləğin on dəfə arta biləcəyini bildirib.

"Aydındır ki, Qərbin maliyyə qurbanları olmadan Ukraynanı ayağa qaldırmaq mümkün olmayacaq", - jurnalist bildirib.

Milli.Az