Avropa niyə Rusiya qazını əvəz edə bilməyəcək?

16 May 2022 15:12

Avropa ölkələri Rusiya qazını ABŞ, Şimali Afrika və Aralıq dənizindən tədarüklə əvəz etmək cəhdlərində ciddi çətinliklərlə üzləşir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" yazıb.

"İqlim məsələsi, investor, qeyri-sabit siyasi proseslər, eləcə də potensial yanacaq tədarükçüləri arasında ərazi mübahisələri AB-nin Rusiyadan mavi yanacaq almaqdan imtinasını çətinləşdirir", - məqalədə qeyd edilib.

Bildirilib ki, Avropa qaz istehlakının Rusiyadan 40% asılı olması faktını dəyişdirmək asan deyil.

Milli.Az