Peruda avtobus qəzası: 11 ölü, onlarla yaralı

16 May 2022 08:28

Perunun Ankaş departamentində avtobusun uçurumdan düşməsi nəticəsində azı 11 nəfər ölüb, daha 35 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, avtobus ölkənin şimalındakı Taiyabamba şəhərindən paytaxt Limaya gedirmiş. Avtomobil təxminən 100 m hündürlükdən düşüb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Xəsarət alan sərnişinlər Siuas şəhər xəstəxanasına çatdırılıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az