Bakı sakini bıçaqlanıb

16 May 2022 08:43

Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Asim Səmədov küçədə naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az