Tramp tviterə qayıtmayacaq

15 May 2022 21:48

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp heç vaxt tviterə qayıtmayacağını bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

"Təklifə görə minnətdaram, amma mən heç vaxt tviterə qayıtmayacağam" - Tramp qeyd edib.

O, özünün "Truth" sosial şəbəkəsində iştirak etməyə üstünlük verəcəyini bildirib.

Milli.Az