Karyerasında 38-ci "ATP Masters" titulunu qazanıb

15 May 2022 21:04

Serbiyalı tennisçi Novak Cokoviç Romada başa çatan "ATP Masters" turnirinin final görüşündə yunanıstanlı Stefanos Tsitsipasa qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, N.Cokoviç 6:0, 7:6 (7:5) hesabı ilə qalib gəlib. Görüş 1 saat 38 dəqiqə davam edib.

34 yaşlı N.Cokoviç Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqinə başçılıq edir, S.Tsitsipas isə beşincidir.

N.Cokoviç "ATP Masters" seriyasının ən titullu iştirakçısıdır - o, bu seriya turnirlərin 38 qat qalibi oldu.

Milli.Az