"Mançester Siti" xal itirdi

15 May 2022 20:28

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində səfərdə "Mançester Siti" komandasının futbolçuları "Vest Hem"lə 2:2 hesablı heç-heçə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, meydan sahiblərinin heyətində Carrod Bouen dubla imza atıb (24 və 45-ci dəqiqələr). Qonaqların heyətində Cek Qriliş (49) fərqlənib, "Vest Hem" müdafiəçisi Vladimir Tsoufala avtoqol (69) vurub.

Mançester klubu 37 oyundan sonra 90 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq etməkdə davam edir.

Milli.Az