Pakistanda kamikadze partlayış törətdi: ölənlər var

15 May 2022 19:22

Pakistanın Hayber Paxtunxva əyalətinin Miranşah şəhərində kamikadzenin hərbi maşın karvanına hücumu nəticəsində 6 nəfər həlak olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Milli.Az