"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında öldü

15 May 2022 18:52

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib.

Milli.Az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiyi maşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə oyunçunun yanında olan qardaşı da həyatını itirib. Hadisə Argentinada yaşanıb.

Qeyd edək ki, Rolon Kataloniya təmsilçisinin B komandasında çıxış edib. 

Milli.Az