Ruslar “Azovstal”a fosforlu bomba atdılar - Andryuşenko

15 May 2022 17:22

Rusiya işğalçıları Mariupoldakı "Azovstal" zavodunun ərazisinə fosforlu və ya yandırıcı bomba atıblar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol şəhər merinin müavini Pyotr Andryuşenko deyib.

"Mariupol. Dünən işğalçılar ilk dəfə şəhərin müdafiəçilərinə qarşı yandırıcı ya da fosforlu bombalardan istifadə etdilər", - Andryuşenko bildirib.

Onun sözlərinə görə, ruslar da 9M22S yandırıcı mərmilərindən istifadə etdiklərini etiraf ediblər.

Qeyd edək ki, bu bombanın yanma temperaturu təxminən 2-2.5 min dərəcədir. Onun alovunu demək olar ki, söndürmək olmur.

Milli.Az