Qəbələdə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var

15 May 2022 11:19

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, qəzada ölənlər qohumdurlar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az